Sen 12, 2024 | 12:00 / Maraqlı məlumatlar
Müasir kondansatorlar ( elektrik sahəsinin yük və enerjisini toplayan qurğular )çevik dielektriklərin ( elektrik cərəyanını pis keçirən materialların) işlənməsini tələb edir. Polipropilen kimi polimerlər bu cür materiallar kimi perspektivlidir, çünki onları istehsal etmək asandır, onlar elastikdir , qırılmır və ona gğrə də tranzistorlar, ötürücülər və kondansatörlarin istehsalında istifadə olunurlar. Lakin, polimerlər xarici sahənin enerjisini asanlıqla yığmadığı üçün , bu da onların istifadəsi məhduddur. Onlara ikiölçülü nanohissəciklər - maksenlər əlavə etməklə bu materialların yaxşı yük toplamasını təmin etmək olar. Bu zaman materialın içərisində mikrokondensatorlar əmələ gəlir. Belə ki, nanohissəciklər elektrodlar kimi (cərəyan keçirən elementlər), polimerin özü isə dielektrik rolunu oynayır. Nəticədə, xarici elektrik sahəsinin təsirinə məruz qaldıqda, masenlərin və polimerin toxunma sərhədində polyarlaşma mərkəzləri (yük yerdəyişmə zonaları) yaranır və kompozit yükü daha yaxşı toplayır.
Maksenlər titan, vanadium və ya xrom kimi keçid metalından və həmçinin karbon və ya azot atomundan ibarətdir. Ən geniş yayılmış nanohissəciklərin bəziləri vanadium karbidindən - vanadium və karbonun birləşməsindən ibarətdir, lakin onların polimerlərin elektrik xassələrinə təsiri hələ öyrənilməmişdir.
Y.Qaqarin adına Saratov Dövlət Texniki Universitetinin (Saratov) və Cənub Federal Universitetinin alimləri vanadium karbid nanohissəciklərinin poliviniliden florid polimerinin yük toplama qabiliyyətinə təsirini araşdırıblar.
Alimlər göstəriblər ki, flüor tərkibli polimerin yük toplamaq qabiliyyətini vanadium nanohissəcikləri və karbon-maksen əlavə etməklə demək olar ki, 42 dəfə artırmaq olar. Bunun sayəsində əldə edilən kompozit radiotexnika, hesablama texnikası, maşınqayırma və təyyarə istehsalında yük və enerji saxlamaq üçün material kimi istifadə edilə bilər. Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Nanoscale jurnalında dərc olunub.









