Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, Belçikanın Kent şəhərində keçirilən Katalizin müasir istiqamətlərinə həsr olunmuş “CAMURE 12 & ISMR 11” beynəlxalq simpoziumda iştirak etmişdir.
Sen 17, 2024 | 11:10 / Konfranslar, iclaslar
Oxunub 2340 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı - k.ü.f.d Sevinc Osmanova 8-13 sentyabr 2024-cü il tarixində Belçikanın Kent  şəhərində Kent İnstitutunun Kimya Texnoloiyası Laboratoriyasında elmi ezamiyyətdə olmuş və bu müddət ərzində orada keçirilən Katalizin müasir istiqamətlərinə həsr olunmuş “CAMURE 12 & ISMR 11” beynəlxalq simpoziumda iştirak etmişdir.

Konfransın məqsədi kimyanın müxtəlif sahələrindən olan alimləri dəvət etmək, ən son fundamental və texnoloji tədqiqatlar, kataliz sahəsində fənlərarası elmi və texnoloji yanaşmaya üstünlük vermək üçün proseslərin intensivləşdirilməsi, nanostrukturlu polimerlər və katalizatorların dizaynı, membran reaktorları, bioreaktorlar, biokataliz, idarə olunan radikal polimerləşmə və davamlı kimyəvi proseslər kimi bir çox müxtəlif aspektlərdə dünyada əldə edilən irəliləyişlər haqqında gənc alimlərlə məlumat mübadiləsi aparmaq, müasir tədqiqat metodologiyalarına və təcrübəyə əsaslanaraq mümkün birgə tədqiqatların planlaşdırılması, elmi-tədqiqat işlərinin aparılması məqsədilə tələbələr, doktorantlar, universitetlər arasında tərəfdaşlığın dərinləşdirilməsindən ibarətdir. Konfransda dünyanın müxtəlif ölkələrindən (USA, İsveçrə, Almaniya, Portuqaliya, Hindistan, Çexiya, İtaliya, Turkiyə, və s.) gələn  kimyaçı alimlər iştirak edirdilər.

Konfrans ərzində müxtəlif dünya ölkələrindən olan alimlərin plenar çıxışları, müxtəlif elmi diskusiyalar, sual-cavablar gənclərin gələcəkdə birgə elmi fəaliyyətləri üçün böyük töhfə olacaqdır.

JURNALLAR
Faydalı linklər