Xəbərlər
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda COP-29-un Bakıda keçirildiyi günlərdə -2024-cü il noyabrın 18-20 tarixlərində “ HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” adlı Beynəlxalq Konfrans keçiriləcəkdir.
Sen 17, 2024 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 1829 dəfə

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu COP-29-un Bakıda keçirildiyi günlərdə -2024-cü il noyabrın 18-20 tarixlərində “ HƏRBİ KONFLİKTLƏRİN ƏTRAF MÜHİTƏ TƏSİRİ” adlı Beynəlxalq Konfrans keçirməyi planlaşdırır. Elmi tədbirin məqsədi hərbi konfliktlərin ətraf mühitə destruktiv təsiri haqqında bir çox ölkələrdə toplanmış informasiya  və ətraf mühitin reabilitasiyası üzrə təcrübə mübadiləsi aparmaq və bu sahədə beynəlxalq əməkdaşlıq yaratmaqdan ibarətdir.

Konfransın mövzularını Sizə təqdim edirik .

  1. Hərbi əməliyyatlar, istifadə olunan texnika , partlayıcı və kimyəvi vasitələr
  2. Hərbi əməliyyatlar nəticəsində yaranan meşə yanğınları, su və torpaq resurslarının çirklənməsi
  3. Hərbi əməliyyatların radioekoloji vəziyyətə təsiri
  4. Hərbi əməliyyatların və işğal proseslərinin tarixi-memarlıq abidələrinə təsiri
  5. Ətraf mühitin deqradasiyasının iqlim dəyişmələrinə təsiri
  6. Müharibə aparılmış ərazilərin bərpası sahəsində beynəlxalq əməkdaşlığın yaradılması
JURNALLAR
Faydalı linklər