Sen 20, 2024 | 13:03 / Maraqlı məlumatlar
Sankt-Peterburq Universitetinin alimləri lantanoidlərdən hibrid birləşmələri sintez etmiş və əsas xassələrini yaxşılaşdırmaqla onların effektivliyini artırmışlar. Alimlər qeyd edirlər ki, ittrium, lantan və qadolinium ionları qeyri-məhdud miqdarda kristal qəfəsdə , ümumi strukturda europium və terbium ionlarını əvəz edirlər. Bununla belə, böyük miqdarda lutesium ionunun tətbiqi sintez üsulundan asılı olan strukturun dəyişməsinə gətirib çıxarır. Beləliklə, nəticədə susuz, tetrahidrat, dekahidrat və ya 2,5-sulu kristalhidrat yarana bilər. Eyni zamanda,onlar ilk dəfə olaraq lutesium tereftalat və qarışıq tereftalatların 2,5 sulu kristalhidratını əldə etdilər.
Rusiya Elm Fondunun qrantı çərçivəsində əldə edilən birləşmələr luminessent boyalar, sənədlər üçün qoruyucu elementlər, müxtəlif dadçiklər üçün sensorlar və ekranlar yaratmaq üçün istifadə oluna bilər.
Tədqiqatın nəticələri Molecules elmi jurnalında bir sıra məqalələrdə dərc olunub.