Sen 23, 2024 | 13:00 / Maraqlı məlumatlar
Moskva Dövlət Universitetinin Materialşünaslıq fakültəsinin əməkdaşları hibrid mis halogenidlər sırasından yeni birləşmələr sintez etmiş, onların strukturunu, optik və fiziki xassələrini öyrənmiş, bunun əsasında effektiv yeni lüminoforlar və şüanı ionlaşdıran dedektorlar üçün materialların alınmasının alternativ yollarını təklif etmişlər.
Bu işdə onlar DMACl/CuCl (DMA+ = dimetilamonium kation) və AcCl/CuCl (Ac+ = asetamidinium kation) sistemlərində üzvi-qeyri üzvi mürəkkəb mis(I) halogenidlərinin əmələ gəlməsini tədqiq etmiş və beş yeni kristal fazanın əmələ gəlməsini aşkar etmişlər.
Tədqiq olunan üç faza otaq temperaturunda parlaq sarı, mavi və yaşıl fotolüminessensiya nümayiş etdirmiş. Bu da birləşmələri 31 - 100 °C arasında qeyri-adi aşağı ərimə temperaturuna malik olduğu aşkar edilmişdir. Bu da sintez vasitəsilə ərintidən əldə etməyə imkan verir.
Rusiya Elm Fondunun qrantı ilə dəstəklənən tədqiqatın nəticələri Kral kimya cəmiyyətinin yüksək reytinqli Jornal Materials Chemistry C-də dərc olunub.