Xəbərlər
Yeni hidrogen peroksid komplekslərinin strukturunun təhlili onun fermentlərlə qarşılıqlı təsir mexanizmini izah etməyə imkan verdi.
Sen 25, 2024 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 155 dəfə

Rusiya, İsrail və Honq-Konqdan olan beynəlxalq alimlər qrupu saf susuz hidrogen peroksidin həm liqand, həm də həlledici kimi istifadə edərək  hidrogen peroksid-metal komplekslərinin hazırlanmasına yeni yanaşma təklif ediblər. Bu məqsədlə Rusiya Elmlər Akademiyasının Ümumi Qeyri-Üzvi Kimya İnstitutunun peroksid birləşmələri və onların əsasında olan  materiallar  laboratoriyasında susuz 99,9% hidrogen peroksidin alınması üsulu işlənib hazırlanmışdır.

Hidrogen peroksid ilə qarşılıqlı təsir üçün başlanğıc material kimi qalay tetraxlorid seçilib və  komplekslərin stabilləşdirilməsi və kristallaşdırılması üçün kraun efirindən istifadə etmək  təklif edilib. Beləliklə, hidrogen peroksidli   iki kompleksi  ayırmaq  və ilk dəfə olaraq bu tip komplekslər üçün lokallaşdırılmış hidrogen atomları ilə unikal tam struktur məlumatları əldə etmək mümkün olmuşdur. Struktur məlumatların və kvant kimyəvi hesablamaların təhlili hidrogen peroksidin metal kation ilə koordinasiya əlaqəsi ilə hidrogen rabitəsi arasında olan   sinerjigizm bioloji sistemlərdə hidrogen peroksidin kimyəvi çevrilmə mexanizmini başa düşmək üçün əsas ola bilər. Rusiya Elm Fondunun qrantı (No22-13-00426) tərəfindən dəstəklənən tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

https://indicator.ru/

JURNALLAR
Faydalı linklər