Xəbərlər
Akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə akademik S.C.Mehdiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Monomerlər və neft kimyasının müasir problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.
Sen 27, 2024 | 14:26 / Konfranslar, iclaslar
Oxunub 800 dəfə

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aka­demik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə 19-20 dekabr 2024-cü il tarixində akademik S.C.Mehdiyevin anadan olma­sının 110 illik yubileyinə həsr olunmuş “Monomerlər və neft kimyasının müasir problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd görkəmli alimin elmin inkişafındakı rolunun bir daha işıqlandırılması, bu sahədə son nailiyyətlərin müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi dir.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur. 

Konfransın bölmələri:

1 Monomerlər kimyası və neft-kimya sintezi;

2. Alitsiklik karbohidrogenlər və onların funksional törəmələri;

3.Monomerlərin alınmasında kalizatorlar və onların tətbiqi;

4.Alitsiklik və aromatik oksigenli  birləşmələr və texnoloji proseslər;

Tərtib qaydaları

Plenar məruzələrin tezisləri (l-5 sərhifə) və məruzələrin tezislər (1-2 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır:

-Məruzələr azərbaycan, rus və ingilis dillərindən birində (azərbaycan və rus dillərində olan məruzələrin sonunda ingilis dilində xülasə olmalıdın.A4 formatda, 1 nüsxə (bütün müəlliflər tərəfindən imzalanır) kağız və elektron formada qəbul olunur;

-Məruzələrin mətni kompüterdə Microsoft Word proqramında, Times New Roman standart 12 şriftlə, sətirlərarası interval-1,15, sağ və soldan - 2,5sm, yuxarı və aşağıdan -2,5 sm, abzas -1,25 məsafə saxlamaqla və sətirdən sətrə keçməmək şərtilə çap olunmalıdır;

-Formulalar ChemDraw proqramında yığılmalıdır;

-Əvvəlcə məruzənin adı iri hərflərlə Times New Roman 12 şriftlə (B), 1 sətir sonra müəlliflərin adı, atasının adi, soyadı 12 şriftlə. 1 sətir sonra təşkilatın adı, şəhər və ölkə 12 şrift (/) və sonrakı satirdə elektron poçt ünvanı 12 şriftlə (/) (U) verilməlidir;

-Mətnə daxil edilən cədvəllərin adı New Roman 10 şriftlə (B) (/), 1,15 intervalla yazılmalıdır. Cədvəlin içində mətn Times New Roman 10 şriftlə verilməlidir;

-Mətnə daxil edilən şəkillər, sxemlər, qrafik materiallar mətnin içində və ya sonda olmalıdır. Şəkil altı yazılar Times New Roman 10 şriftlə (B) (/) yazılmalıdır. Şəkillər ayrıca JPG formatda da göndərilməlidir;

-Səhifələr nömrələnməməlidir.

-Ədəbiyyat siyahısı Times New Roman 10 şriftlə yazılmalı, nömrələnməsi adi qayda üzrə olmalıdır.

Tezisin orjinallığını təsdiq edən hesabat antiplaqiat sistemində) təqdim olunmalıdır.

Təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özü daşıyır.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Konfransın nəticələrinə görə seçilmiş məruzələr Web of Science bazasında indeksləşən “Processes of Petrochemistry and Oil Refining” (PPOR) jurnalında çap oluna bilər.

Məruzələrin tezislərinin qəbulu 1 noyabr 2024-cü il tarixinə qədər davam edəcək.

JURNALLAR
Faydalı linklər