Sen 27, 2024 | 16:00 / Konfranslar, iclaslar
Kataliz və Qeyri-üzvi Kimya institutunda “27 sentyabr-Anım Günü”nə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya Institutunda “27 sentyabr-Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlamətinin bariz nümunəsidir.Akademik qeyd edib ki, “Anım Günü” olkəmizin ən şərəfli günüdür. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz milli şərəfimizi ucaltdı, ləyaqətimizi qorudu və torpaqlarımızı 30 illik erməni işğalından azad etdi. 30 illik işğala 44 gün ərzində son qoyuldu. Bütün dünya “Dəmir yumruğ”un gücünü gördü, inkişaf etmiş ölkələrdə Azərbaycanın hərbi meydanda göstərdiyi məharət örnək oldu, öyrənildi, heyranlıq yaratdı. Həmin gün suverenliyimizin bərpasının başlanğıcı oldu. 2023-cü il 19-20 sentyabr tarixlərində bir günlük antiterror əməliyyatı ilə dövlət suverenliyimiz tam bərpa olundu. Akademik qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi həmişə ehtiramla yad ediləcək.
Tədbirdə çıxış edən İnstitut əməkdaşları qeyd ediblər ki, ölkəmiz bu tarixi Zəfəri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu uzaqgörən siyasəti, hərb strategiyası, müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, döyüş meydanında göstərdikləri qəhrəmanlıqları sayəsində əldə edib.