Xəbərlər
Foto
7-10 oktyabr Bakıda keçiriləcək “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı Beynəlxalq simpoziuma hazırlıq.
Sen 30, 2024 | 15:30 / Konfranslar, iclaslar
Oxunub 902 dəfə

27 sentyabr 2024-cü il tarixində 7-10 oktyabrda Bakıda keçiriləcək 8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı Beynəlxalq simpoziuma hazırlıqla əlaqədar akademik Dilqəm Tağıyev simpoziumun Yerli Təşkilat Komitəsinin üzvləri və tədbirə cəlb olunan gənclərlə görüş keçirmişdir. Görüşdə akademik D.Tağıyev beynəlxalq tədbirin əhəmiyyətini bir daha vurğulamış və dünyanın 16 ölkəsindən gələcək qonaqların buradan xoş təəssüratla ayrılmasının vacibliyini söyləmişdir. Sonra simoiziumun Təşkilat Komitəsinin sədr müavini Akif Əliyev bu vaxta qədər görülmüş işlər, qeydiyyatdan keçən konfrans iştirakçıları, qonaqların oteldə yerləşdirilməsi və s. haqqında geniş məlumat verdi. Sonda akademik D.Tağıyev simpoziumun açılış mərasimində və sonrakı günlərdə görüləçək işlərlə əlaqədar son göstərişlərini vermiş və işçi qrupuna uğurlar arzulamışdır. 

JURNALLAR
Faydalı linklər