Xəbərlər
Clarivate Analytics tərəfindən elmi tədqiqat fəaliyyətində təqiqatçıların ən yaxın köməkçisi olan Web of Science -dan səmərəli istifadə etmək üçün mütəmadi olaraq istifadəçilər üçün müxtəlif dillərdə pulsuz təlimlər keçirilir.
Okt 02, 2024 | 14:32 / Mühüm hadisələr
Oxunub 861 dəfə

Clarivate Analytics tərəfindən elmi tədqiqat fəaliyyətində təqiqatçıların ən yaxın köməkçisi olan Web of Science -dan səmərəli istifadə etmək üçün mütəmadi olaraq istifadəçilər üçün müxtəlif dillərdə pulsuz təlimlər keçirilir.

https://clarivate.com/web-of-science-live-training/

Oktyabr ayında Clarivate tərəfindən rus dilində növbəti ödənişsiz vebinarlar keçiriləcəkdir. Bütün dərslər ZOOM-da keçirilir, qeydiyyat artıq açıqdır, vebinarın əsas vaxtının 90%-dən çoxu dinlənildikdə iştirakçı sertifikatı verilir. Tam cədvəl: https://clarivate.libguides.com/CA

Ən çox maraq doğuran mövzu - nəşr üçün uyğun jurnalların seçimindən başlayıb, sonra qrant maliyyəsi tapmaq imkanlarını təhlil ediləcək və oktyabrın 14-dən 25-dək Web of Science sertifikatlaşdırma proqramında iştirak edə bilərsiniz. Test sessiyalarının müvəffəqiyyətlə başa çatdıranlar diplomla təltif olunacaq.  Ətraflı məlumat https://clarivate.libguides.com/CA/Certification

Research Smarter seriyalı vebinar açıq girişə (Open Access) həsr olunacaq və Açıq Giriş həftəsinin davamı çərçivəsində keçiriləcək

https://www.openaccessweek.org/

Təlimlərin başlama vaxtı Bakı vaxtı ilə göstərilib.

1 oktyabr - Mövzu: Nəşr üçün jurnalın seçilməsi

Vebinarda nəşrin keyfiyyət meyarları, Web of Science, Journal Citation Reports, Master Journal List-dən istifadə edərək Web of Science-da indeksləşdirilən nəşr üçün jurnalın necə və nə üçün seçiləcəyi təhlil olunacaq. Jurnallar üçün hansı biznes modelləri var və pulsuz nəşr mümkündürmü? Yırtıcı jurnallar barədə məlumat və s.  suallara cavab veriləcək.

Saat: 13:00–13:45

Qeydiyyat:

https://us02web.zoom.us/webinar/register/WN_MU4M5C4rTJeFJumEh-5U_Q

8 oktyabr - Mövzu: Web of Science və Pivot-RP platformalarından istifadə edərək qrantların axtarılması

Vebinar zamanı iki güclü alətdən - Web of Science və Pivot-RP-dən istifadə etməklə elmi tədqiqat layihələriniz üçün səmərəli şəkildə maliyyə axtarmağı öyrənəcəksiniz. Bu platformalar qrant proqramlarını axtarmaq, onların tələblərini təhlil etmək və uğurlu layihələr təqdim etmək üçün unikal imkanlar təklif edir.

Saat: 13:00–13:45 (GMT+4 Saat qurşağınızda başlanğıc vaxtını burada yoxlayın)

Qeydiyyat: https://us02web.zoom.us/webinar/register/WN_sMj5dBL0RTarUowMVkgWmA

14-25 oktyabr - Sertifikatlaşdırma proqramı

Sizi sertifikatlaşdırma proqramında iştirak etməyə dəvət edirik. Web of Science platforması ilə işləmək bacarığınızı nümayiş etdirib testləri uğurla başa vursanız, sertifikat əldə edəcəksiniz.

Ətraflı: https://clarivate.libguides.com/CA/Certification

29 oktyabr -Research Smarter

Mövzu: Etibarlı analitika, məlumat və alətlərlə açıq tədqiqat təşəbbüslərinin dəstəklənməsi

Akademik ictimaiyyətin nəşr modelindən asılı olmayaraq etibarlı tədqiqata açıq çıxışı lazımdır. Clarivate -in elmi fəaliyyəti həyata keçirməyə kömək etməklə açıq tədqiqatın məqsədlərini necə dəstəklədiyini öyrənmək üçün bu sessiyaya qoşula bilərsiniz.

Saat: 13:00–14:00

Qeydiyyat: https://us02web.zoom.us/webinar/register/WN_1UOHlQivRT2PeAVfBSMXoQ

JURNALLAR
Faydalı linklər