Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının Scopus bazasında məqaləsi çap olunmuşdur.
Okt 03, 2024 | 11:48 / Mühüm hadisələr
Oxunub 1937 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının  Scopus bazasında  indeksləşən “Eurasian Journal of Chemistry” jurnalında  “Mikrowave Solid-Phase Synthesis of Ni-Co Ferrites and their Activities in Liquid-Phase Oxidation of m-Xylene” adlı məqaləsi çap olunmuşdur.

 Təqdim olunan işdə mikrodalğalı bərkfazalı sintez metodu ilə hazırlanmış mono- və ikiqat əvəzolunmuş kobalt və nikel ferritlərin meta-ksilolun toluik turşusuna mayefazalı oksidləşməsi reaksiyasında aktivliyi öyrənilmişdir.Müəyyən olunmuşdur ki, təqdim olunan nümunələr arasında Ni0,2Co0,4Fe2O4 tərkibli ikiqat əvəzolunmuş şpinel quruluşlu ferritlərin iştirakı ilə induksiya dövrü ən az və ilkin oksigen udma sürəti ən çox olmuşdur. İlkin ksilol radikallarının yaranması mərhələsində, Ni0,2Co0,4Fe2O4 katalizatorunun aktiv səthinin və m-ksilolun həcmi konversiyanın rolunu müəyyən etmək üçün induksiya dövründən asılılığı öyrənilmişdir. Bundan əlavə, m- ksilolun oksidləşməsi prosesində,  heterogen katalizatorun ümumi səthinin m-ksilolun reaktora yüklənmiş həcminə nisbətilərində (S/V),  oksigenin udulma sürətinin inqibitorun verilmə vaxtından  asılılığı tədqiq olunmuşdur. Məqsədli məhsul m-toluik turşusunun selektivliyinin katalizator nümunələrinin xüsusi səthindən asılılığı müəyyən olunmuş və göstərilmişdir ki, nisbətən kiçik ölçülü  xüsusi səthə malik kobalt ferrir iştirakı ilə əlavə məhsul, m- metilbenzil spirtinin selektivliyi artır, m- toluik turşusunun sellektivliyi isə azalır. Göstətilmişdir ki, ilkin mərhələdə (5-10 dəq.), yəni, radikal zəncirvari reaksiyanın artmadığı vaxtda, mono əvəzolunmuş ferritlərlə müqaisədə, Ni0,2Co0,4Fe2O4 tərkibli ikiqat əvəzolunmuş ferritlər iştirakı ilə m-ksilolun oksidləşməsində alınan məhsul -metilbenzilhidroperoksidin (m-toluik turşusunun alinması zamanı  əsas  araliq məhsul) başlanğıc əmələgəlmə sürəti daha yüksək olur. M-ksilolun  heterogen katalitik konversiyasının inkişaflı gedişi şəraitində, mono- və ikiqat əvəzolunmuş Ni-Co ferritlərlə müqaisədə ikiqat əvəzolunmuş ferritlərin aktivliyi, sərbəst radikalların heterogen yaranma sürəti  və aralıq məhsul – m- toluol aldehidinin m- toluik turşusuna heterogen konversiyası daha yüksək olur.

 

Mikrowave Solid-Phase Synthesis of Ni-Co Ferrites and their Activities in Liquid-Phase Oxidation of m-Xylene

Nargalam M. Hasangulieva, Ninel V. Shakunova, Yuriy N.Litvishkov

Eurasian Journal of Chemistry, 29,3(115),82-91.https://doi.org/10.31489/2959-0663/3-24-1 DOİ: https://doi.org/10.31489/2959-0663/3-24-1

JURNALLAR
Faydalı linklər