Sen 20, 2024 | 16:00 / Mühüm hadisələr
20 sentyabr 2024-cü il tarixində 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasında AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin 1 saylı “Katalizatorların hazırlanması” laboratoriyasının elmi işçisi, sabiq doktorant Günel Ramiz qızı Əzimovanın “Ferrit katalizatorlarının karbon monooksidin aşağı temperaturlu oksidləşməsi üçün zol-gel yanma və mikrodalğalı şüalanma ilə sintezi və tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilmiş və səsvermə nəticəsi ilə dissertasiya işi növbəti mərhələyə buraxılmışdır.
İclasın sədri: k.ü.e.d., dos. Fəxrəddin Mahmudov
Elmi katib: k.ü.f.d., Nuranə Məlikova
Elmi rəhbər: k.ü.f.d., dosent Sima Zülfüqarova
Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev
Rəyçilər: 1. k.ü.f.d., dos Ulduz Məmmədova
2. k.ü.f.d., dos Gülmirə Əlizadə









