Xəbərlər
Kimyaçılar "kilid" ionunun "açarını" tapdılar
Okt 08, 2024 | 14:30 / Maraqlı məlumatlar
Oxunub 1060 dəfə

Sankt-Peterburq Dövlət Universiteti və Tomsk Politexnik Universitetinin alimləri 19-cu əsrdə hazırlanmış “açar kilidi” konsepsiyasını mürəkkəb qeyri-üzvi molekullara – polioksometalatlara (POM) tətbiq etdilər və müəyyən etdilər ki, iodonium   kationlarının birləşmələri onlar üçün “açar”dır və  ionlar arasında seçici qarşılıqlı təsirə səbəb olur. Bunun sayəsində müəyyən xüsusiyyətlərə malik materiallar və yeni katalizatorlar yaratmaq mümkündür.

“Tədqiqat zamanı alimlər aşkar ediblər ki, müəyyən bir POM  (polioksimetallar) növü –( anion [β-Mo₈O₂₆]⁴⁻ )  iodonium kationları ilə qarşılıqlı təsirdə seçicilik nümayiş etdirir. Bu qarşılıqlı əlaqə, “ kilid  açar” bənzətməsi ilə təsvir edilə bilər. Bu halda iodonium  kationu “açar”, POM anionu isə “kilid” kimi çıxış edir. Maraqlıdır ki, bu seçicilik yalnız POM-un bir izomeri (növü) üçün görünür” (aşgar edilir).

Araşdırmanın nəticələri  Kral Kimya  cəmiyyətinin  aparıcı elmi jurnalı olan Chemical Science-da dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/khimiki-nashli-klyuch-k-ionu-zamku-20-09-2024.htm

JURNALLAR
Faydalı linklər