Okt 09, 2024 | 10:31 / Konfranslar, iclaslar
AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ BAKI DÖVLƏT UNİVERSİTETİ
EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ FAKÜLTƏSi
2024-cü il 27 və 28 noyabr tarixlərində Bakı Dövlət Universitetinin 105 illiyi (BDU-105) çərçivəsində Ekoloji kimya kafedrasının 20 illiyinə həsr olunmuş “Ekoloji kimya və ətraf mühitin mühafizəsinin müasir problemləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.
Konfransın bölmələri:
- Ətraf mühitin mühafizəsində ekokimyəvi tədqiqatlar
- Yaşıl kimya və tullantısız texnologiya
- Ekoloji risklər və həyat fəaliyyətinin təhlükəsizliyi
- Qlobal iqlim dəyişikliyi üzrə ekokimyəvi tədqiqatlar
- Sənaye ekologiyası və ekoloji təhlükəsizlik
- Qida təhlükəsizliyi
- Ətraf mühitin mühafizəsində ekocoğrafi tədqiqatlar
- İqlim dəyişməsinin ətraf mühitə təsiri
- Ətraf mühitin mühafizəsində bioekoloji tədqiqatlar
- Torpaqların münbitliyi və aqroekoloji problemlər
- Yaşıl təhsil və davamlı öyrənmə
Konfrans materiallarının hazırlanmasına qoyulan tələblər.
▪ Mətn Times New Roman, 12 şrift (pt) və 1 intervalla A5 (2 səhifədən çox olmamaqla) formatda yığılır;
▪ Boş yerlər: hər tərəfdən 1,5 sm məsafə;
▪ Şəkillərin adları aşağı mərkəzdə, cədvəllərin adları isə yuxarı sağ kənarda qeyd olunmalı;
▪ Ədəbiyyat siyahısı və xülasə olmamalı;
▪ Müəlliflərin adı və soyadı açıq şəkildə qeyd olunmaqla, məruzəçinin adının altından xətt çəkilməli, e-mail ünvanı və mobil nömrəsi göstərilməli;
▪ Tezisin aid olduğu bölmənin adı qeyd olunmalı.
Tələbata uyğun hazırlanmış tezislər 5 noyabr 2024-cü il tarixinə kimi ecosoil@bsu.edu.azünvanına göndərilməlidir. Əlaqə telefonu: (012) 538-62-26 , (012) 537-23-83









