Xəbərlər
Foto
7-10 oktyabr Bakıda keçirilən “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı Beynəlxalq simpozium.
Okt 09, 2024 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 2757 dəfə

Simpoziumun 3-cü günü 9 oktyabr 2024-cü il tarixində AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirilmişdir. Burada ilk olaraq Malayziyanın Malaya Universitetinin əməkdaşı Ibnu Imaduddin “Electrochemical Analysis of Co3O4/Ca4O4 Cathode Materials for Aqueous Calcium-Ion Battery (ACIB) Applications”, Polşa Elmlər Akademiyası Fundamental Texnoloji Araşdırmalar İnstitutunun əməkdaşı Amrita Jainin “Carbon network modification; interesting way to improve energy storage in supercapacitors”, Orta Doğu Teknik Universitetinin (Ankara) əməkdaşı Cigdem Toparlının “Metal-Air Batteries: Powering a Sustainable Future” mövzularında plenar məruzələri dinlənilmişdir. Fasilədən sonra simpozium “Superkondensatorlar” “Sulu Batareyalar” mövzularında 8 şifahi məruzə ilə davam etmişdir. Nahar fasiləsindən sonra simpoziuma gələn qonaqlar Sosial proqram çərçivəsində Bakı şəhər turuna çıxmışlar. Axşam saatlarında isə simpoziumun “Axşam yeməyi” keçirilmişdir. Konfrans öz işini sabah Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirəcək.

JURNALLAR
Faydalı linklər