Xəbərlər
Foto
7-10 oktyabr Bakıda keçirilən “8th International Symposium on Materials for Energy Storage and Conversion” adlı Beynəlxalq simpozium
Okt 10, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2848 dəfə

Simpoziumun 4-cü günü işini 10 oktyabr 2024-cü il tarixində AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda davam etdirilmişdir. Burada simpozium “Günəş enerjisi və ümumi” “Batareyalar və superkondensatorlar” mövzularında 2 sessiyada 6 şifahi məruzə dinlənilmişdir. Fasilədən sonra Azərbaycan Dövlət İqtisad Universiteti və Orta Doğu Teknik Universitetinin (Ankara) professoru Əmdulla Mehrabov A new photovoltaic powered electrolyses unit for production of hydrogen from fresh and sea-water -Prototype Design”, Orta Doğu Teknik Universitetinin (Ankara) professoru, simpoziumun Beynəlxalq Təşkilat Komitəsinin sədri, professor Tayfur ÖztürkOutlook for dense metallic membranes for hydrogen separation in emerging energy system”, Kocaeli Universitetinin(Kocaeli) əməkdaşı Ramiz Gültekin Akay “Advancements in Electrochemical Hydrogen Purification and Compression” mövzularında plenar məruzələr etmişlər. Məruzələrdən sonra Poster sessiyasının qalibləri elan edilmiş və onlara mükafat sertifikatları təqdim edilmişdir. Mükafatçılar: Qazaxstandan – Yerzhigit Serik, Aisha Zhanaikan, Türkiyədən – Beyzanur Acar, Tuncay Erdil, Malayziyadan – İbnu Syafiq İmaduddin və Azərbaycandan - institutumuzun əməkdaşı Sevinc Cavadova. İclasın sonunda növbəti 9th International Symposium on Materials for Energy Storage and Conversion” un Türkiyənin İzmit şəhərində keçiriləcəyi rəsmi elan olunmuş və buna dair təqdimat göstərilmişdir. Sonda simpoziumun Beynəlxalq Təşkilat Komitəsinin sədri, professor Tayfur Öztürk və “8th International Symposium on Materials for Energy Storage and Conversion” simposiumunun Azərbaycan üzrə Təşkilat Komitəsinin sədri akademik Dilqəm Tağıyev simpoziumu bağlı elan etdilərvə növbəti illərdə onlara uğurlar arzuladılar. .

JURNALLAR
Faydalı linklər