Xəbərlər
Moskva Dövlət Universitetinin kimyaçıları polimerlərdən istifadə edərək torpaq eroziyasının qarşısını alır
Okt 15, 2024 | 10:00 / Maraqlı məlumatlar
Oxunub 1637 dəfə

Moskva Dövlət Universitetinin Kimya və Torpaqşünaslıq fakültələrinin əməkdaşları torpaq səthi üzərinə çəkilərək   bir neçə problemi həll edə bilən örtüklər əmələ gətirən polimer  nümunələri  işləyib hazırlamışlar. Bu örtük  torpaqda eroziya proseslərinin qarşısını alır,  torpaqda nəmi  saxlayır və bitkinin  böyüməsini stimullaşdırır.

Əvvəl  nümunələr laboratoriyada sınaqdan keçirilmiş, sonra Moskva Dövlət Universitetinin Nəbatat Bağının ərazisindəki eksperimental sahələrdə  yoxlanılmışdır.

Aparılan tədqiqatlar  nəticəsində Çernobıl AES-in qəzası zonasında çirklənmiş tozun yayılmasının qarşısını almaq üçün istifadə edilə bilən nümunələr  təklif etdilər. İndi  yeni xassələrə malik olan  tərkiblər  əldə edilib  ki, bu da onları müxtəlif ekoloji və kənd təsərrüfatı problemlərinin həlli üçün perspektivli edir. Təklif olunan variantlardan biri geniş istifadə olunan bitki böyüməsi  üçün stimulyator  olan humatların əlavə edilməsi ilə sintetik anion polimerə əsasında olan  kompozisiyadır. İlkin laboratoriya təcrübələri göstərdi ki, torpağın səthi üzərinə çəkilən  qarışıq külək və su eroziyasının qarşısını alır, torpaqda  su itkisini ləngidir”.

Alimlər onu da qeyd ediblər ki, tədqiqatların növbəti mərhələsi su saxlayan meliorantların yaradılmasına xüsusi diqqət yetirməklə  nümunələrin çeşidinin genişləndirilməsi olacaq. Bu, xüsusilə quraq ərazilər üçün vacib olan suvarma suyunun sərfini azaldacaq.

Araşdırmanın nəticələri Environmental Science and Pollution Research jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər