Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya Institutunun əməkdaşı “Elsevier” nəşriyyatının sertifikatına layiq görülüb.
Okt 21, 2024 | 10:00 / Mühüm hadisələr
Oxunub 2098 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya Institutunun 9 saylı laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dosent Sevda Fətullayeva dünyanın nüfuzlu nəşriyyatlardan biri sayılan “Elsevier”in nəşri olan “International Journal of Biological Macromolecules” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb. 

Qeyd etmək lazımdır ki, “International Journal of Biological Macromolecules” jurnalı “Web of Science”, “Scopus” bazalarına daxildir. Burada bioüzvi kimya, polimer kimyası sahələrində aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfüzlü məqalələr dərc olunur. Bu, bütün təbii makromolekulların kimyəvi və bioloji aspektlərinə həsr olunmuş fundamental beynəlxalq tədqiqat jurnalıdır.

Jurnalın elmmetrik göstəriciləri: Kvartil = Q1, İmpakt Faktor = 7.7 və CiteScore = 13.7-dir.

JURNALLAR
Faydalı linklər