Okt 23, 2024 | 15:16 / Konfranslar, iclaslar
23 oktyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
İclası açıq elan edən İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev iclasın gündəliyinə 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının keçirilməsi, cari ildə elmi-tədqiqat işlərində alınmış mühüm nəticələrin müzakirəsi, növbəti 5 il ərzində institutun laboratoriyalarında aparılacaq elmi tədqiqat işlərinin mövzularının planlaşdırılması, elmi tədqiqatların daha səmərəli aparılması üçün xarici alimlərlə əlaqələrin gücləndirilməsi, gənclərdə elmi tədqiqata marağın artırılması və s. məsələlərin daxil olduğunu bildirdi.
“Dəmir və titan tərkibli filiz xammalının emalı” laboratoriyasının rəhbəri: k.e.d, prof. Asif Məmmədov Respublikanın alunit mineral xammalının kompleks emalı texnologiyasının işlənməsi mövzusunda aparılmış, Xam alunit filizindən turşu üsulu ilə (H2SO4) alüminium oksidin alınması, Effektiv depressant və flotoreagent seçməklə silikat və alunit filizlərinin flotasiya ilə ayrılması, Titanat fraksiyasından ayrılan titan dioksiddən litiyum -ion batareyaları üçün perspektiv maddələr olan litium polititanatların sintezi və termodinamiki stabillik parametrlərinin təyini işlərindən danışaraq bu sahədəki nəticələri əməkdaşların nəzərinə çatdırdı. Professor qeyd etdi ki, alunitləşmiş alunit süxurundan dəmir oksidlərinin çıxarılmasının optimal parametrləri müəyyən edilmişdir. Süxurların VGT-2000 markalı ultrasəs vannasında zənginləşdirilmiş nümunələrinin 55-650C temperaturda 10 saat müddətində 12,5% xlorid turşusu məhlulu ilə maqnit qarışdırıcıdan istifadə edərək işlənməsi nəticəsində hematitin 99.8 % -i çıxarılmışdır.
İlk dəfə olaraq Li2CO3 +TiO2 Li2TiO3 + nCO2↑ endotermik reaksiyasının qoşulmuş iki endotermik və ekzotermik reaksiyadan ibarət olduğu müəyyən olunmuşdur. Ekzotermik reaksiya endotermik reaksiyanı stimullaşdıraraq litium titanatın tam sintezini təmin edir.
Sonda propanın oksidləşdirici dehidrogenləşməsi reaksiyaları üçün vanadium-stibium-alüminium oksid katalizatorlarının nanostrukturlarının əmələ gəlməsinin termodinamikası sahəsində laboratoriyada aparılan işlərdən danışılaraq propanin karbon qazı və oksigenlə oksidləşdirici dehidrogenləşməsi (POD) reaksiyaları üçün alüminium oksid əsasında vanadium-stibium oksid katalizatorlarının 5 ÷ 10 nm radiuslu nanohissəciklərinin əmələ gəlməsinin, etilen və propen alınmasının termodinamik modelləşdirilməsinin aparıldığını bildirdi.
Sonra professor cari ildə laboratoriyada aparılmış elmi tədqiqatların nəticələrinin 2 patent, 2 məqalə 6 tezis və 1 monoqrafiyada öz əksini tapdığını söylədi.
Növbəti məruzəçi “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının rəhbəri k.ü.e.d., prof. Arif Heydərov oldu.
Alüminium tərkibli xammalların (alunit, alunit qalığı, qırmızı şlam, gillər və s.) sulfat turşusu ilə emalının prinsipial texnoloji sxeminin işlənməsi işi sahəsində aparılan
Kaolin gillərinin (alunit şlamının) mexaniki – kimyəvi yolla sulfat turşusu ilə emalı, kaolin gillərinin sulfatlaşmasının termodinamikası və sulfatlaşmış kütlənin həllolmasının kinetikası sahəsində, gillərin və alunit şlamının oksalat turşusu ilə işlənməsi zamanı komponentlərin məhlula çıxımının termodinamiki ehtimallığının və kinetik parametrlərin tədqiqi, kaolin gillərini mikrodalğalı şüalanma yolu ilə aktivləşdirməklə komponentlərin məhlula çıxımının tədqiqi, alüminat məhlullarından fosfat ionunun tələb olunan həddə qədər təmizlənməsi, arsen tərkibli məhlullardan arsenin çətin həll olan dəmir arsenat şəklində kristallaşması şəraitinin tədqiqi, vanadium tərkibli məhlullardan vanadiumun NH4VO3 duzu şəklində çökdürülməsinin kinetikası sahəsində laboratoriyalarda aparılan işlərdən danışaraq qeyd etdi ki, prosesin kinetikası Kolmaqarov-B.V.Erofiyev formal kinetik tənliyi üzrə hesablanmış və kinetik əyrilər qurulmuşdur. Çökmənin kinetikası araşdırılmış və prosesin iki oblastda – kinetik və diffusiya oblastında baş verdiyi müəyyən edilmişdir.
Reaksiyanın sürət sabitinin temperaturdan asılılıq qrafikindən alınan düz xəttin meyl bucağının tangensinə əsasən aktivləşmə enerjisinin qiyməti hesablanmış, aktivləşmə enerjisinin qiymətinə (Ea=37.92 kC/mol) əsasən prosesin keçid oblastda getdiyi müəyyən edilmişdir.
Sonda professor aparılmış tədqiqatların nəticələrinin 8 məqalə, 2 patent, 8 tezisdə öz əksini tapdığını dinləyicilərin nəzərinə çatdırdı.
“Analitik kimya” laboratoriyasının rəhbəri k.ü.f.d., dos. Aydın Paşacanov öz çıxışında qeyd etdi ki, Nikel (II) orto-karboksibenzol azopirokatexin (o-KbAP) ilə eyniliqandlı və səthi aktiv maddə - bis dördlü ammonium duzu ilə müxtəlifliqandlı kompleksi, Tellur (IV) halogenid asidokomplekslərinin etoksiakridinin azotörəmələri ilə ion assosiatı alınmış və tədqiq edilmişdir. Hər iki elementin müxtəlif nümünələrdə (qida maddələrində, sənaye tullantılarında, xəlitələrdə) təyininin fotometrik, ekstraksiyalı-fotometrik və ekstraksiyalı atom-absorbsiya üsulları işlənilmiş, p-Aminoaseto fenonun hidroksilaminin hidroxloridi ilə reaksiyası nəticəsində p-aminoasetofenonoksimin bir sıra azometin törəmələri alındığını və bu maddələrin antimikrob xassələri öyrənilmiş, Qlisin hidrazid və oksinaftoy aldehidi əsasında yeni üzvi liqand (E)-2-amino-N¢-((2-hidroksinaftalen-1-yl) metilen) asetohidrazid sintez edilmiş, quruluş və xassələri, İQ, UB və NMR spektroskopiya üsulları ilə tədqiq edilmişdir.