Okt 24, 2024 | 11:30 / Maraqlı məlumatlar
Tək elektron rabitə ideyasının irəli sürülməsindən təxminən bir əsr keçir . Alimlər bir elektron paylaşan iki karbon atomlu molekul aşkar etdilər. Bu yaxınlarda ilk dəfə olaraq bir elektronlu kovalent rabitəyə malik müxtəlif elementlərdən ibarət atomlar haqqında informasiya yayıldı. Karbon rabitələrinin həyatın əmələ gəlməsində əsas rolunu nəzərə alsaq, onların birləşməsinin yeni üsulu atomlar arasındakı əksər rabitələrdən daha çox əhəmiyyətə malik olduğu aydın olur.
İki karbon atomu arasında bir elektron rabitəsinin mümkünlüyü 1931-ci ildə Amerika kimyaçısı Linus Pauling tərəfindən təklif edilmişdir. O bu təklifə görə iki Nobel mükafatı qazanmış nadir elm adamlarından biri kimi hörmətlə qarşılansa da, sonralar onun irəli sürdüyü DNT modelinin yalnış olduğu məlum oldu.
Tədqiqat haqqında məqalə Nature jurnalında dərc olunub.
https://ab-news.ru/dokazatelstvo-uglerod-uglerodnoj-odnoelektronnoj-svyazi/









