Xəbərlər
Venerada yaşaya bilən biomolekullar tapılıb.
Okt 30, 2024 | 10:38 / Maraqlı məlumatlar
Oxunub 392 dəfə

Çikaqo Universitetinin alimlər qrupu Venerada yaşaya bilən bioloji molekullar kəşf ediblər.

Təcrübələr zamanı alimlər lipidlərə müxtəlif konsentrasiyalarda sulfat turşusu ilə təsir  edərək,  bir neçə gün ərzində onların vəziyyətinə nəzarət etdilər. Əsas məqsəd lipidlərin belə şəraitdə dağılmadığını, hüceyrələrdə baş verdiyi kimi mürəkkəb membran strukturları yaratmaq qabiliyyətini saxlayıb-saxlamadığını müəyyən etmək idi.

Nəticələr göstərdi ki, bəzi lipidlər  qatılaşdırılmış sulfat turşusunun mövcudluğunda belə öz strukturunu saxlaya bilir və sabit veziküləbənzər formalar əmələ gətirir. Bu strukturlar bir neçə gün öz stabilliyini saxlaya bilir və bu  membranların Venera atmosferinə bənzər şəraitdə mövcud olma ehtimalını göstərir.

Tədqiqatların nəticəsi, həyatın  bəzi kimyəvi   aspektlərinin suyun olmadığı mühitlərdə işləyə biləcəyini və bunun əvəzinə həlledici kimi sulfat turşusundan  istifadə edə biləcəyini göstərdi.
Bu tədqiqat Venerada həyatın mövcudluğunu sübut etməsə də, ekstremal mühitlərdə biokimyəvi imkanları araşdırmaq üçün yeni  yollar  açdı.

https://lenta.ru/news/2024/10/02/molecule/

 

JURNALLAR
Faydalı linklər