Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Web of Science Sertifikatlaşdırma Proqramının Diplomuna layiq görülmüşdür
Noy 04, 2024 | 11:30 / Nəşrlər
Oxunub 3309 dəfə

İnstitutun 9 saylı laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dos. Sevda Fətullayeva 14-27 oktyabr 2024-cü il tarixlərində onlayn formatda keçirilən Web of Science sertifikatlaşdırma proqramında iştirak edərək və yekun sınağdan uğurla keçərək sertifikat proqramının diplomuna layiq görülmüşdür. Proqramda dörd 45 dəqiqəlik mühazirələr, onları əks etdirən dörd qısa təlim tapşırığı və oxşar tapşırıqların həlli alqoritmi ilə dörd məsləhət təmin edilmişdir. Mühazirələrdə Web of Science Core Collection platformasının əsas və genişləndirilmiş imkanları, jurnal ölçüləri və onların tətbiqi, nəşr üçün jurnalın seçilməsi, axtarış sorğusunun necə aparılması və bu platformada elmi ədəbiyyatın təhlili barədə məlumat verilmişdir. Elmi müəssisələrin nəşr fəaliyyətinin qiymətləndirilməsi də nəzərdən keçirilmiş, Web of Science platformasında əlavə bazalar, o cümlədən dissertasiya və preprintlər bazası və s. öyrənilmişdir. Qaydalara əsasən, diplom almaq üçün iştirakçıların yekun sınaqdan keçmələri və 80-dən yuxarı bal toplamaları vacib şərtlərdən biri idi.

JURNALLAR
Faydalı linklər