AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya şurasının iclası keçirilmişdir.
Okt 31, 2024 | 16:00 /
Okt 31, 2024 | 16:00 /
Oxunub
1910 dəfə
31.10.2024-cü il tarixində İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasında 2303.01–“Qeyri–üzvi kimya” ixtisasında AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantı Cəfərova Sevil Tağı qızının kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metantərkibli qazlardan hidrogenin alınması prosesinin əsas mərhələləri üçün qeyri-üzvi nanokompozit materialların işlənib hazırlanması” mövzusunda dissertasiya işinin təqdimatı olmuşdur . Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.









