Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şurasında Zəfər günü qeyd olunub.
Noy 06, 2024 | 13:02 / Konfranslar, iclaslar
Oxunub 1853 dəfə

AR ETN Kataliz və Qeyri üzvi Kimya İnstitutunun Elmi Şurasında Zəfər günü qeyd olunub. Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlanıb. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, 8 noyabr 2020-ci il tariximizin səhifəsinə şanlı Qələbə Günü kimi yazılıb.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Akademik bildirdi ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmi və iradəsi, dövlətimizin iqtisadi qüdrəti, mükəmməl ordu quruculuğu və xalq-prezident-ordu birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi ilə nəticələndi. 2020-ci ilin  sentyabrın 27-dən başlayan və cəmi 44 gün davam edən,  işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, xalqımızın iftixar və qürur mənbəyidir.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli  Azərbaycan əsgəri düşməndən 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, dəmir yumruq kimi birləşməsi, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqləri dəf edərək, həmin dövrdə  bütün məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəldi. Azərbaycan həm döyüş, həm də diplomatiya meydanında qalib gəldi.

Dövlət başçımız  öz qətiyyətli siyasəti informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

Akademik qeyd etdi ki, həmin dövrdə işğal altındakı torpaqların azad edilməsi naminə canlarını qurban verərək şəhidlik zirvəsinə yüksəlmək Azərbaycan gəncliyinin üçün amala, məqsədə çevrildi. Xalqımız bu igid övladlarının  qəhrəmanlığını heç vaxt unutmayacaq və onların adı Azərbaycanda həmişə ən yüksək səviyyədə yad ediləcək.

JURNALLAR
Faydalı linklər