Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.
Noy 06, 2024 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 1838 dəfə

Noyabrın 6-da AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən Zəfər gününə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə Təhsil İşçiləriAzad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Şəhid, Qazi ailələri, İnstitutların Həmkarlar Təşkilatının sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru Habil Qurbanov Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş yığıncağı Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını deyib. O qeyd etmişdir ki, xalqımızın birliyi, ordumuzun rəşadəti və Prezident İlham Əliyevin polad iradəsi sayəsində əldə etdiyimiz bu qələbə heç vaxt unudulmayacaq. Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı uğurlardan və hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən abadlıq və quruculuq işlərindən danışılmışdır.

Daha sonra Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söhbət açıb. İkinci Qarabağ müharibəsində əldə olunmuş Zəfərin ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını deyib. Qarabağın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq səlnaməsi olan Vətən müharibəsində xalqımızın Böyük Qələbəsini müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd etdiyini söyləyib.

Daha sonra İnstitutların Həmkarlar Təşkilatı sədrlərinin verdiyi suallar cavablandırılmışdır.

Tədbirdə Bədəlli Məğrub – Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, 1-ci Qarabağ Müharibəsinin qazisi, 1-ci qrup əlil

Könül Müseybli - Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi, qardaşı Lokal-antiterror əməliyyatında şəhid olub.

Məcidova Mətanət – Fizika İnstitutunun əməkdaşı, 1-ci Qarabağ Müharibəsində həyat yoldaşı şəhid olub.

Binnətov Ələddin – Neft Kimya Prosesləri İnstitutunun əməkdaşı 2-ci Qarabağ Müharibəsinin qazisi, polkovnik-leytenant, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunmuşdur.

Rzayev Firuzə – Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işçisi, 2-ci Qarabağ Müharibəsi şəhidinin bacısı.

Məmmədov Ruslan – Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Mülki Müdafiə rəisi, polkovnik-leytenant, 2-ci Qarabağ Müharibəsinin qazisi.

İsmayılov Bəhruz – İqtisadiyyat İnstitutunun elmi işçisi, 2-ci Qarabağ Müharibəsinin qazisi.

Kərimli Oruc – Kataliz və Qeyri – üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, 1-ci Qarabağ Müharibəsinin veteran qüdrətli Azərbaycan Ordusunun, eləcə də ölkənin iqtisadi inkişafının zəfəri olduğunu, milli qürur mənbəyimiz olan bayrağımızın azad edilmiş ərazilərimizdə vüqarla dalğalandığını vurğulayıblar.

Sonra tədbirdə II Qarabağ müharibəsinin qazilərinə və iştirakçılarına mükafatlar təqdim edilmişdir.

JURNALLAR
Faydalı linklər