Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminarın iclası keçirilmişdir
Okt 11, 2024 | 15:00 /
Oxunub 1070 dəfə

11 oktyabr 2024-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2316.01-«Kimyəvi kinetika və kataliz» ixtisasında elmi seminarın iclası keçirilmişdir. AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin 1 saylı “Katalizatorların hazırlanması” laboratoriyasının elmi işçisi, sabiq doktorant Günel Ramiz qızı Əzimovanın 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasında “Ferrit katalizatorlarının karbon monooksidin aşağı temperaturlu oksidləşməsi üçün zol-gel yanma və mikrodalğalı şüalanma ilə sintezi və tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra doktoranta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sabiq doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

İclasın sədri: k.ü.e.d., prof. Arif Əfəndi

Elmi katib: k.ü.f.d., b.e.i. Bilqeyis İsmayılova

Elmi rəhbər: k.ü.f.d., dosent Sima Zülfüqarova

Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev

Rəyçilər: 1. k.ü.e.d., dos Fəridə Babayeva

                2. k.ü.f.d. Səbinə Yusubova


 
JURNALLAR
Faydalı linklər