Noy 15, 2024 | 11:00 / Konfranslar, iclaslar
Noyabrın 12-14 tarixlərində Rusiyanın Ufa Elm və Texnologiya Universitetində “X Международная научная конференция Информационные технологии интеллектуальной поддержки принятия решений” adlı konfrans keçirilmişdir. İnstitumuzun əməkdaşları “Kimyəvi Texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının kiçik elmi işçi Şıxıyeva Fatma “STUDY OF MODERN METHODS OF REMOVING DEPOSITS FORMED IN OIL EQUIPMENT AND PIPES”(Neft avadanlıqları və borularda əmələ gəlmiş çöküntülərin aradan qaldırılmasının müasir metodlarının tədqiqi) və t.ü.f.d. elmi işçi Kərimli Vəfa “A MODEL OF THE DEPENDENCE OF THE SETTLİNG VELOCITY OF WATER DROPLETS ON THE TURBULENT DIFFUSION COEFFICIENT IN OIL”(Neftdə su damlalarının çökmə surətinin turbulent dfiffuziya əmsalından asılılığının modelləşdirilməsi) və “FORMATION OF STRUCTURES IN MEDIA CONTAINING OIL”(Neftli mühitlərdə struktur əmələgəlməsi) adlı məruzələrlə ingilis dilində çıxış etmişlər. Fatma Şıxıyeva eyni zamanda konfransın Azərbaycan bölməsinin elmi katibi vəzifəsini icra edirdi. Sonda məruzəçilər konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. K.e.i. Fatma Şıxıyeva Rusiyanın Ufa Elm və Texnologiya Universiteti tərəfindən Fərqlənmə diplomuna, t.ü.f.d. elmi işçi Vəfa Kərimli isə sertifikata layiq görülmüşlər