Noy 16, 2024 | 11:25 / Nəşrlər
Kitabda yaşıl kimyanın mövzusu, əsasları, prinsipləri , onların həyata keçirilməsi və inkişaf istiqamətləri verilmişdir . Kitabda təhlükəsiz və bərpa olunan xammaldan istifadə , daha təhlükəsiz kimyəvi maddələrin alınması, tullantıların qarşısının alınması, bioyanacağın növləri , istifadə edilən xammallar, neft emalı zavodlarından bioemal zavodlarına keçidin perspektiv yolları təqdim edilir. Kitabda yaşıl kimyanın müasir problemlərinə həsr olunmuş müxtəlif dillərdə yazılmış kitab və elektron mənbələrdən geniş istifadə olunmuşdur. Kitab tədris və elmi tədqiqat işlərində istifadə üçün nəzərdə tutulsa da ondan geniş oxucu kütləsi istifadə edə bilər.
D.B.Tağıyev, A.N.Məmmədov “ Yaşıl kimya və onun inkişaf perspektivləri” .Bakı: “Parlaq imzalar” Nəşriyyatı. 2024, 208 s.