Xəbərlər
Nadir torpaq metalları nədir və ifrat yeniliklərin onunla nə əlaqəsi var?
Noy 16, 2024 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 206 dəfə

Nadir torpaq metalları (NTM) dövri cədvəldə 17 elementdən ibarət  skandium (Sc), itrium (Y) və lantanidlər (lantandan lutesiya) kimi tanınan 15 elementdən ibarət qrupdur. Onlara "nadir torpaqlar" adı verilsə də, əslində o qədər də “nadir” deyil.

Onlar böyük konsentrasiyalı yataqlarda nadir hallarda rast gəlindiyi üçün belə adlanırlar. Təbiətdə onlar adətən aşağı konsentrasiyalarda olur və tez-tez digər mineralların tərkib  hissəsi kimi  hasil edilir. Lakin xammal ehtiyatı baxımından nadir torpaq elementləri təbiətdə  yayılmasına görə qurğuşunu 10, molibdeni 50 , volframı 165 üstələyir;

Nadir torpaq metallarının hasilatı və emalı bir sıra çətinliklərlə qarşılaşır. Belə ki, onlar adətən digər elementlərlə qarışıq tapılır və onların başqa elemntlərdən ayrılması üçün çox vaxt ətraf mühitə zərərli olan mürəkkəb kimyəvi proseslər tələb olunur. Çin hazırda nadir torpaq metallarının ən böyük istehsalçısı olmaqla dünya bazarından istehsal olunan nadir torpaq metallarının 70%-dən çoxu onun payına düşür.

Nadir torpaq metallarının sənayedə rolu

Nadir torpaq metalları yüksək texnologiyalı cihazlarda əsas rol oynayır. Onlar smartfonlarda, kompüterlərdə, hibrid və elektromobillərdə, bərpa olunan enerji sistemlərində (günəş panelləri və külək turbinləri), eləcə də müdafiə sənayesində (lazerlər, təyyarələr, naviqasiya sistemləri) istifadə olunur.

Onlar elektrik mühərriklərində, generatorlarda və müxtəlif elektronikalarda istifadə olunan güclü daimi maqnitlərin istehsalı üçün xüsusilə vacibdir. Neodimium və disprosium maqnitləri yüksək gücə və istilik müqavimətinə malikdir, bu da onları bərpa olunan enerji texnologiyalarında və elektromobillikdə  əvəzolunmaz edir.

https://ab-news.ru/redkozemelnye-metally/

JURNALLAR
Faydalı linklər