Noy 20, 2024 | 11:39 / Nəşrlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik D.Tağıyev, k.e.d. Z.Ağayeva, k.ü.f.d. H.Rəfiyeva, e.i. S.Bayramova, k.ü.f.d. S.Məmmadovanın“ALUMINOSILICATES, STRUCTURE AND APPLICATION FOR ENVIRONMENTAL PROTECTION PURPOSES” (ALÜMİNOSİLİKATLAR, QURULUŞU VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ ÜÇÜN TƏTBİQİ) adlı monoqrafiyası ingilis dilində nəşr olunmuşdur.
Monoqrafiyada təbii alüminosilikat sorbentlərdən istifadə etməklə ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması probleminin həllinə dair tədqiqat işlərinin nəticələri təqdim edilmişdir. Həmçinin bu sahədə ekoloji cəhətdən təmiz təbii materiallardan istifadənin analitik icmalı təqdim olunur. Alümosilikatların səthində baş verən sorbsiya prosesləri ətraflı öyrənilmişdir. Atmosferə atılan zəhərli qazların təmizlənməsi üçün qurğunun modeli işlənib hazırlanmışdır. Kitab ekoloji problemlər, təbii mineral xammal əsasında yeni yüksək effektiv sorbentlərin sintezinin işlənməsi və onların fiziki-kimyəvi xassələrinin öyrənilməsi ilə məşğul olan mütəxəssislər üçün maraqlı olmaqla yanaşı bu sahədə tədqiqatlar aparan tələbələr, bakalavrlar və aspirantlar üçün də faydalı olacaqdır.
D.Tagiev, Z.Agayeva, H.Rafiyeva, S.Bayramova, S.Mammadova
ALUMINOSILICATES, STRUCTURE AND APPLICATION FOR ENVIRONMENTAL PROTECTION PURPOSES. Monograph. Baku
“Parlaq imzalar”, Publishing House, 2024, 192 p.