Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının monoqrafiyası nəşr olunmuşdur.
Noy 23, 2024 | 12:32 / Nəşrlər
Oxunub 830 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  k.ü.f.d. b.e.i Samirə Cəfərovanın “Müasir texnologiyada molibden xalkogenidləri” adlı monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiyada müxtəlif üsullarla alınmış molibden xalkogenidlərinin nazik təbəqələrinin va ya nanostrukturlarının fiziki-kimyəvi, fotoelektrokimyəvi və yarımkeçirici xüsusiyyətlərinin tədqiqi, onların əsasında heterostrukturların yaradılması və günəş elementləri və ya hidrogenin ayrılma reaksiyalarında elektrokatalizator kimi işləməsinin səmərəliliyi sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlər öz əksini tapmışdır. Bu xalkogenidlərin optik və elektrik xassələrinin tədqiqi onların müxtəlif optoelektronik cihazlarda və günəş elementlərində tətbiqini müəyyən etmişdir. Təqdim edilən monoqrafiya bu  sahədə çalışan alim, mühəndis və texnoloqların gələcək elmi tədqiqatlarında əhəmiyyətli rol oynaya bilər.

 

Samirə Cəfərova “ Müasir texnologiyada molibden xalkogenidləri

Monoqrafiya Bakı, “ZƏRDABİ NƏŞR” MMC, 2024,- 184s.

 

JURNALLAR
Faydalı linklər