Xəbərlər
İnstitutun əməkdaşlarının xarici və yerli alimlərlə birgə məqaləsi yüksək impact faktorlu jurnalda dərc olunmuşdur .
Noy 25, 2024 | 15:34 / Nəşrlər
Oxunub 714 dəfə

Institumuzun əməkdaşlarının xarici və yerli  həmkarları ilə, E.B.Zeynalov, N.S.Allen, Y. M. Nağıyev, Ə.B.Hüseynov, F.H.Rzayevin yüksək impact faktorlu( IF- 7,8, Q)Scopus və Web of Sciense bazalarına daxil olan “Journal of Physics and Chemistry of Solids”( Bərk cisimlərin fizikası və kimyası“) jurnalında Formal kinetics of catalytic oxidation of diesel paraffin-naphthenic fraction in the presence of carbon nanotubes containing three transition metals” adlı məqaləsi nəşr olunmuşdur.

Məqalədə  dəmir (Fe), kobalt (Co) və manqan (Mn) tərkibli çoxdivarlı karbon nanoboruların (MWCNT) iştirakı ilə dizel yanacağından ayrılmış  parafin-naften fraksiyasının aerob oksidləşməsinin formal kinetikasının araşdırıldığı göstərilir. Metal  tərkibli çoxdivarlı karbon nanoboruları (M@MWCNTs) ferrosen iştirakında tsikloheksanın pirolizi, kimyəvi buxar çökmə (CVD) metodu ilə alınmış, Fe@MWCNTs, Co, Mn klasterləri ilə dopinq edilmişdir. Sintez olunmuş Fe-Co-Mn@MWCNT nümunələrinin strukturu elektron mikroskopiya  (SEM, TEM), element analiz metodları ilə müəyyən edilmiş və göstərilmişdir ki, karbon nanoboruların diametri 30-60 nm, uzunluğu isə 500-800 mikron təşkil edir. Fe klasterlərinin nanoboruların iç kanallarında, Co və Mn hissəciklərinin isə xarici səthdə yerləşdiyi müşahidə edilmişdir. Alınan metal tərkibli (Me@MWCNT) katalizatorların  iştirakında dizel yanacağından ayrılmış parafin -naften fraksiyasının aerob oksidləşmə prosesinin  formal kinetik qanunauyğunluqları öyrənilmişdir. Eksperimental təcrübələrdən alınan  nəticələr göstərir ki, metal-nanokarbon əlavələri hidroperoksidlər olmadan oksidləşmə prosesini effektiv şəkildə aktivləşdirir ki, bu da termal parçalanmaya səbəb olur. Co və Mn klasterlərinin nanoboruların strukturuna daxil edilməsi ilə katalitik aktivlilin yüksəlməsi qeydə alınmışdır. Hazırda, katalitik oksidləşmə mexanizmi araşdırılır və müvafiq oksidləşmə sürətləri müəyyən edilir. Bu nəticələrin, çoxkomponentli hidrokarbon xammalının oksidləşdirici çevrilməsi üçün effektiv nano-katalitik sistemlərin qiymətləndirilməsində çox  faydalı olacağı ehtimal edilir.

 

E.B.Zeynalov, N.S.Allen,   Ya.M.Naghiev, A.B.Huseinov, F.G. Rzaev. Formal kinetics of ca­ta­ly­tic oxidation of diesel paraffin-naphthenic fraction in the presence of carbon nanotubes containing Co, Mn and Fe. Journal of Physics and Chemistry of Solids. 2024, 112263, DOİ:10.1016/J.Jpcs.2024.112263.SCOPUS-7.8 (Q2)

 

 

JURNALLAR
Faydalı linklər