Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminarın iclası keçirilmişdir.
Noy 26, 2024 | 10:00 /
Noy 26, 2024 | 10:00 /
Oxunub
780 dəfə
25 noyabr 2024-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya şurasının nəzdində fəaliyyət göstərən 2304.01–«Makromolekullar kimyası» ixtisasında elmi seminarın iclası keçirilmişdir. AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nano və elektrokataliz” şöbəsinin 9 saylı “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının sabiq dissertantı Samirə Faiq qızı Səfərəliyevanın 2304.01–«Makromolekullar kimyası» ixtisasında “Levotiroksin preparatının təsir müddətini uzadan xitozan əsaslı biosid polimer daşıyıcıların alınması və tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilərin çıxışından sonra dissertanta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Sabiq dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.
İclasın sədri: k.e.d., prof. Kazım Quliyev
Elmi katib: k.ü.f.d.,dos Gülnarə Əliyeva
Elmi rəhbər: k.e.d., dos. Nizami Zeynalov
Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev
Rəyçilər: 1. k.e.d., dos Mənzər Əmiraslanova
2. k.ü.f.d. Rəsmiyyə Məmmədova