Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Web of Science Sertifikatlaşdırma Proqramının Diplomuna layiq görülmüşdür
Noy 17, 2024 | 16:03 / Konfranslar, iclaslar
Noy 17, 2024 | 16:03 / Konfranslar, iclaslar
Oxunub
394 dəfə
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi İsazadə Aygün WOS -ın online seminarlarında iştirak edərək diploma layiq görülmüşdür. Mühazirələrdə Web of Science Core Collection platformasının əsas və genişləndirilmiş imkanları, jurnal ölçüləri və onların tətbiqi, nəşr üçün jurnalın seçilməsi, axtarış sorğusunun necə aparılması və bu platformada elmi ədəbiyyatın təhlili barədə məlumat verilmişdir. Elmi müəssisələrin nəşr fəaliyyətinin qiymətləndirilməsi də nəzərdən keçirilmiş, Web of Science platformasında əlavə bazalar, o cümlədən dissertasiya və preprintlər bazası və s. öyrənilmişdir. Qaydalara əsasən, diplom almaq üçün iştirakçıların yekun sınaqdan keçmələri və 80-dən yuxarı bal toplamaları vacib şərtlərdən biri idi.