Dek 06, 2024 | 15:19 /
04 dekabr 2024-cü il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində olan 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi və dos. Leyla Məşədiyevanın elmi katibliyi ilə keçirilən elmi seminarda Çəncə Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə doktorantı Əmiraslanova Aynurə Cabbar qızının “Ag, BIV || X, Te (BIV-Si, Ge, X-S, Se) qarşılıqlı sistemlərinin fiziki-kimyəvi tədqiqi” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işi k.e.d., prof. Yusif Yusibovun elmi rəhbərliyi və AMEA m/ü Məhəmməd Babanlının elmi məsləhətçiliyi altında yerinə yetirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. Fuad Sadıqovun və k.ü.f.d. Validə Rəhimovanın çıxışından sonra dissertanta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.









