Dek 09, 2024 | 15:25 / Maraqlı məlumatlar
REA-nın N.S.Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun alimləri atmosfer təzyiqində qurutma yolu ilə səthi yüksək xüsusi cəkiyə malik hidrofil və hidrofob germanium dioksid aerogellərinin sintezi üçün sadə və qənaətli bir yol işləyib hazırlamışdırlar.
İlk aerogellər 1930-cu ildə silisium oksiddən alınmışdır. Silisium və germanium kimyəvi elementlərin Dövri cədvəlində eyni qrupundadır və oxşar kimyəvi xassələrə malikdirlər, lakin germanium dioksid əsasında olan aerogellərin istehsalı ilə bağlı çox az tədqiqat işləri aparılmışdır.
Bu qismən ona görədir ki, aerogellərin alınması prosesi bahalı reaktivlərin və texnoloji cəhətdən mürəkkəb ifratkritik qurutma prosesinin istifadəsini xeyli çətinləşdirir.
REA alimləri ifratkritik qurutma tələb etməyən germanium dioksid əsasında olan gellərin sintezi üçün iki sadə və iqtisadi çəhətdən sərfəli metod hazırladılar və atmosfer təziqində qurutma üçün dəyişdirici əlavələr seçdilər.
Bundan əlavə, aerogellərin alınma şərtlərindən asılı olaraq, həm hidrofob, həm də hidrofil germanium dioksid əsaslı aerogellər əldə edərək, materialların nəmliyini tənzimləmək imkanını öyrəndilər. Bu da öz növbəsində, dərmanların ünvanlı çatdırılması üçün alınan aerogellərin tibbdə istifadəsi imkanlarını daha da genişləndirir.
Gələcəkdə müəlliflər əldə edilmiş aerogellər əsasında yüksək tutumlu litium-ion batareyaları üçün anodlar yaratmağı planlaşdırırlar.
Bu cür aerogellərin istehsalı və xassələri əvvəllər ədəbiyyatda praktik olaraq verilmirdi. Elmi işin müəllifləri hesab edirlər ki, təklif etdikləri metodologiya tibb və sənayedə istifadə üçün yeni yüksək texnoloji materiallar yaradacaqdır.
İşin nəticələri beynəlxalq Nanomaterials jurnalında dərc eilmişdir.









