Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında memorandum imzalanıb
Dek 12, 2024 | 15:00 / Mühüm hadisələr
Oxunub 3360 dəfə

AR Elm və Təhsil Nazirliyi akademik  M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında təhsil, elmi-tədqiqat sahəsində  əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun imzalanması Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda baş tutub. Memorandumu  Kataliz və Qeyri- üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev və  ADPU-nun rektoru, professor Cəfər Cəfərov imzalayıblar.

Qarşılıqlı əməkdaşlıq aşağıda qeyd edilən sahələri əhatə edir:

- elmi-tədqiqat və kadr hazırlığı sahəsində  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və ADPU-nun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə;

-tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi;

-tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan bilik, bacarıq və vərdişlərin formalaşdırılması, kimya sahəsində elmi yeniliklərin tədris prosesində tətbiq edilməsi;

-müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması;

-beynəlxalq və ölkə miqyaslı layihə və proqramlarda birgə iştirak;

- professor-müəllim heyətinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  ixtisasartırmada olmasının təşkili;

-doktorant, magistrant və tələbələrin qarşılıqlı təcrübə keçməsinin təşkili

- birgə elmi simpozium, seminar və konfransların təşkili;

-müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin, çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin hazırlanması;

-əldə olunan mühüm elmi nəticələrin müvafiq ixtisas və ixtisaslaşmalar üzrə tədris proqramlarına daxil edilməsi;

-  magistr və doktorluq dissertasiya  mövzularının, müştərək elmi rəhbərlərin  müəyyən edilməsi və s.

   Qeyd edək ki, imzalanma mərasimində Kataliz və Qeyri üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, institutun elmi katibi, baş elmi işçi Mina Münşiyeva, laboratoriya müdiri prof.Akif Əliyev, institutun təhsil şöbəsinin müdiri, dosent Sevinc Məmmədova, ADPU tərəfdən- kimya və biologiya fakültəsinin dekanı, dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsdi Əsədova, Ümumi Kimya və KTT kafedrasının müdiri, dosent Kəmalə İsgəndərova, Analitik və üzvi kimya kafedrasının müdiri, prof. Əli Zalov iştirak etmişlər. Tədbir iştirakçıları memorandumdan irəli gələn məsələləri müzakirə etmiş, yaxın zamanlar üçün görüləcək işlər barəsində təkliflərini vermişlər.

JURNALLAR
Faydalı linklər