Dek 24, 2024 | 12:00 /
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının əməkdaşları Aslanova Həcər və Quliyeva Cəmilə 16 dekabr 2024-cü il tarixindən beş gün müddətində İstanbul Universiteti, Əczaçılıq Fakültəsinin Analitik Kimya Bölməsinin əməkdaşı Prof. Dr. Zeynep Aydoğmuş ilə görüşlər keçirmişlər. Səfər çərçivəsində Universitetin Analitik kimya laboratoriyasındakı müasir avadanlıqlar ilə tanışlıq həyata keçirilmişdir. Bundan əlavə, əldə etdiyimiz təcrübi nəticələrin İnduktiv Birləşdirilmiş Plazma Kütlə Spektrometriyası (ICP-MS) üsulu ilə təhlili həyata keçirilmiş və laboratoriyanın əməkdaşları ilə aparılan tədqiqatlar barədə geniş müzakirələr aparılmışdır.
Ezamiyyət müddətində baş tutmuş məhsuldar görüşlər zamanı qarşılıqlı elmi əməkdaşlığın davam etdirilməsi və gələcəkdə birgə tədqiqatların inkişaf etdirilməsi barədə razılıqlar əldə edilmişdir.









