Xəbərlər
Karbon qazı nəzarət altındadır. Rus kimyaçıları CO2 tutulması üçün mübarizə aparırlar
Dek 25, 2024 | 14:53 / Maraqlı məlumatlar
Oxunub 1120 dəfə

İvanovadaki Rusiya Elmlər Akademiyasının məhlullar Kimyası İnstitutunun kimyaçıları ekoloji cəhətdən təmiz və ucuz evtektik həlledicilərdən istifadə edərək karbon dioksidi tutmaq üçün yeni bir üsul hazırladılar. Bu üsulu karbon dioksidi tutmaq üçün istifadə olunan ənənəvi metodla müqayisə etsək o,daha az enerji istifadəsi və ekoloji cəhətdən təmizliyi ilə fərqlənir.
Hər il Yer atmosferinə atılmış karbon dioksid rekord həddə çatır ki, bu da əhəmiyyətli dərəcədə iqlim dəyişikliyinə səbəb olur. Bu problemin bir həllinin  bir yolu da CO2-nin tutulması və saxlanmasıdır.Lakin, amin əsaslı müasir üsullar korroziyaya məruz qalır və yüksək enerji xərcləri tələb edir. Rus alimləri bunun əvəzinə başqa evtektik həlledicilərdən  — xolin xlorid və  amin və ya amid birləşmələrinə əsaslanan təhlükəsiz qarışıqlardan istifadə etməyi təklif etdilər.
Təcrübələr göstərdi ki, tərkibində amin olan həlledicilər karbon qazını amidlərlə qarışıqlardan 50 qat daha yaxşı  uda bilirlər. Bu nəticə aminlərin karbon qazı ilə kimyəvi qarşılıqlı təsiri ilə izah olunur ki, bu da davamlı ara məhsulların əmələ gəlməsinə səbəb olur. Əksinə, amidlər isə qarşılıqlı təsirlərlə  zəiflədir və bu da onları daha az təsirli edir.
Tədqiqatçılar, yeni karbon dioksid absorberlərinin effektivliyini  qabaqcadan xəbər verməyə kömək edən proqnozlaşdırıcı bir model də yaratdılar. Model yalnız üç parametri nəzərə alır: qarışığın temperaturunu, təzyiqini və sərbəst həcmini,bu isə onu  CO2  atqılarına qarşı mübarizədə daha mükəmməl  və ekoloji cəhətdən  düzgün həllini tapmağa kömək edir.
Bu yeni yanaşma təkcə səmərəli deyil, həm də ekoloji cəhətdən  təhlükəsizdir,  bu da onu müxtəlif sənaye proseslərində istifadə etməyə  və ıqlim dəyişikliyi ilə mübarizədə  perspektivli edir.

https://poisknews.ru/ekologiya/uglekislyj-gaz-pod-kontrolem-rossijskie-himiki-boryutsya-s-vybrosami-co2/

JURNALLAR
Faydalı linklər