Dek 28, 2024 | 10:53 /
16-20 dekabr 2024-cü il tarixlərində Tbilisi Dövlət Universiteti R. Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun direktoru GMEA müxbir üzvü Griqor Tatışvili və institutun bir qrup əməkdaşı – Nikoloz Neoradze, Natela Ananiaşvili və Maryam Şvelidze institutumuzda elmi səfərdə olmuşlar. Onlar institutun 3 saylı “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının müdiri prof. Akif Əliyev və laboratoriya əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparmaq üçün mövcud və gələcək planları müzakirə etmişlər. Birgə elmi əməkdaşlıq son dövrün qlobal problemlərindən olan - “yaşıl” enerji və dekarbonizasiya problemlərini əhatə edir. Bu mövzuda gələn qonaqlar və laboratoriya əməkdaşları arasında suyun elektrolizi ilə “Yaşıl” hidrogenin və dekarbonizasiya prosesləri üçün daha perspektivli elektrokatalizatorların seçilməsi, onların sintezi, elektrokatalitik, korroziyaya davamlılıq və s. xassələrinin tədqiqi barədə gələcək əməkdaşlıq mövzusunda müxtəlif disslusiyalar aparılmışdır. Gürcüstandan olan alimlər 3 saylı laboratoriyanın təchizatı və mövcud imkanları ilə tanış olmuşlar. Həyata keçiriləcək birgə əməkdaşlıq planı çərçıvəsində laboratoriyada Gürcü alimlərin iştirakı ilə ilkin sınaq eksperimentləri aparılmışdır və onlardan bəzilərindən müsbət nəticələr əldə edilmişdir.









