Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənclərlə görüşü keçirilmişdir
Dek 28, 2024 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 3335 dəfə

28 dekabr 2024-cü il tarixində AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda institutun baş direktoru akademik Dilqəm Tağıyevingənclərlə  görüşü keçirilmişdir. İçlasda Təhsil şöbəsinin müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri magistrant , doktorant və digər gənc əməkdaşlar iştirak etmişlər. İclası giriş sözü ilə açan akademik Dilqəm Tağıyev  institutun  2024-cü ildə əldə olunan nailiyyətlərindən Scopus, Web of Science bazalarında çap olunmuş məqalələrdən , yazılmış monoqrafiya və dərsliklərdən ,bəhs edərək qeyd etdi ki , bu il institutumuzun göstəriciləri yüksək olmuşdur.  Belə ki, cari ildə institutumuzda çap olunan 149 məqalənin 91-i xaricdə nəşr edilmişdir. Onlardan 127 məqalə Scopus və Web of Science bazalarında indeksləşən jurnallarda nəşr olunmuşdur. 2024-cü ildə 10 monoqrafiya və dərslik çap olunmuş, 6 patent (onlardan1Beynəlxalq patentidir) alınmışdır.Əməkdaşların çap etdirdiyi 167 tezisdən 87-i xaricdə nəşr olunmuşdur. Bu nailiyyətlərin əldə olunmasında bizim gənc alimlərimizin də kifayət qədər rolu vardır.  Alınan nəticələrimiz yaxşı göstəricidir, məhz buna görədir ki  National H-indeksin 2024-cü ilin 4-cü rübünün nəticələrinə  görə İnstitut Azərbaycanda fəaliyyət göstərən  84 ali təhsil və elmi  təşkilat arasında 10-cu yerdədir. Kimya bölməsi üzrə bizim institutun göstəriciləri digər kimya institutları ilə müqayisədə daha yüksəkdir.

Sonra akademik  Dilqəm Tağıyev Şuşa şəhərində 2-5 dekabr tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gənc alimlərinin SİNA forumunun keçirildiyini, AMEA-nın institularından da gənclərin həmin forumda iştirak etdiyini vurğulayaraq onların yüksək səviyyədə ingilis dilində çıxışlarının  olduğunu xüsusilə qeyd edib. Eyni zamanda 24-27 dekabr tarixlərində Tacikistanın Düşənbə şəhərində MDB ölkələrinin “Kimya və kimya texnologiyası” konfransının keçirildiyini, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Neft-Kimya Prosesləri İnstitutunun gənc alimlərinin konfransda iştirak etdiyini gənclərin nəzərinə çatdırıb.

Akademik sonra qeyd etdi ki, 2024-cü ildə İnstitutumuzun gənclərindən bir çoxu xarici ölkələrdə konfranslarda , tədbirlərdə, təlimlərdə iştirak etmiş, sertifikat və diplomlara layiq görülmüşlər. Bəzi gənclərimiz isə elmi tədqiqat işlərinin bir hissəsini xaricdə tədqiqat institutlarında aparmış və alınmış nəticələri birgə məqalələr şəklində çap etdirmişlər. İnstitutumuzun əməkdaşı Aysel Məmmədovanın təqaüd qazanaraq Macarıstan dövlətində 4 il doktorantura təhsili aldığını deyərək bütün xərcləri Macarıstan dövlətinin öz üzərinə götürdüyünü, bunun döğurdan da gənclərin inkişafı üçün sevindirici hal olduğunu qeyd etdi.

Akademik eyni zamanda öz çıxışında gəncləri lazımlı mütəxəssis olmağa, xarici dil biliklərini zənginləşdirməyə, xarici ölkələrlə beynəlxalq əməkdaşlığı daha da artırmağa , Mobillik qrantlarına, təqaüd proqramlarına müraciət etməyə, yerli və xarici ölkələrdə konfranslarda, simpoziumlarda, müsabiqələrdə daha fəal iştirak etməyə çağırdı. Yuxarıda deyilənlərin  onların akademik fəaliyyətinə yüksək səviyyədə təsirinin danılmaz fakt olduğunu bildirən  D.Tağıyev  işləyən, öz üzərində daim çalışan, məsuliyyətli, nizam-intizama riayət edən gənclərə hər zaman dəstək olacağını onların diqqətinə çatdırdı.

Sonra akademik 2025-ci ilin əlamətdar, yaddaqalan bir il olacağını da gənclərin nəzərinə çatdırdı. Belə ki,  bu ildəAzərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi, institutumuzun 90 illik yubileyi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileyi keçiriləcəkdir. Siz gəncləri  bu tədbirlərdə fəal iştirak etməyə çağırıram ,-  deyərək akademik Dilqəm Tağıyev  nitqini başa çatdırdı.

Sonra akademik gəncləri dinləyərək , onların suallarını cavablandırdı, təklif və tövsiyələrini  verdi.

Sonda akademik gəncləri “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə təbrik edərək onları əzmkar, fəal, elmi işlərində aktiv olmağa, gələcəyin savadlı mütəxəssisi kimi yetişməyə çağırdı və bu yolda onlara uğurlar arzuladı.

JURNALLAR
Faydalı linklər