Xəbərlər
Kimya üçün yaşıl işıq. Sankt-Peterburq Dövlət Universitetinin alimlərinin yeniliye aparan kəşfləri
Yan 07, 2025 | 11:23 / Maraqlı məlumatlar
Oxunub 1340 dəfə

Fotokatalizatorlar işığa məruz qaldıqda kimyəvi reaksiyalara səbəb olan maddələrdir. Fotokatalizatorlar kimyəvi proseslərin istilik və ya yüksək təzyiq olmadan yumşaq  şəraitdə baş verməsinə imkan verir, bu da sintezi daha təhlükəsiz və ucuz edir.
Sankt-Peterburq Dövlət Universitetinin tədqiqat qrupu, eyni zamanda fotosensibilizator və metal kompleks katalizator kimi fəaliyyət göstərən Platin üzvi metal birləşmələrdən istifadə etmişdir. Nəticədə, yeni katalizatorlar alkinlərin hidrosililəşmə reaksiyalarını effektiv şəkildə aparır, onları funksionallaşdırılmış vinillərə çevirir ki,bu da müxtəlif polimerlər üçün vacib bir materialdır.

Yeni platin birləşmələri nəzərə çarpan  effektivlik nümayiş etdirirlər, belə ki,: reaktivlərdən 1000 qat az konsentrasiyada istifadə etdikdə belə, onları tamamilə son məhsullara çevirə bilirlər. Bu katalizatorların unikallığı,onların  xüsusiyyətlərini  lazım olan məsələlərə uyğunlaşdırmağa imkan verən modul quruluşundadır.

Alınan maddələr tibb,  aviasiya və maşınqayırmada istifadə olunan materialların istehsalını əhəmiyyətli dərəcədə yaxşılaşdırır

Fotokataliz sahəsindəki bu irəliləyiş, vacib kimyəvi birləşmələrin ekoloji cəhətdən təmiz və effektiv sintezi üçün yeni  yollar açır.

İş, ölkənin elmi və texnoloji inkişafının prioritet istiqamətləri üzrə böyük bir elmi layihə çərçivəsində Rusiya Təhsil və Elm Nazirliyinin qrantı ilə dəstəklənir.

https://poisknews.ru/himiya/zelenyj-svet-dlya-himii-proryvnye-otkrytiya-ot-uchenyh-spbgu

JURNALLAR
Faydalı linklər