Xəbərlər
Foto
Kataliz və Qeyri- üzvi Kimya İnstitutunda dissertasiya şurasının iclası keçirilmişdir.
Yan 11, 2025 | 13:39 /
Oxunub 3027 dəfə

09.01.2025-ci il tarixində AR ETN akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u iştirak etmişdir. İclasda İnstitutun sabiq dissertantı Səfərəliyeva Samirə Faiq qızının 2304.01- "Makromolekullar kimyası" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Levotiroksin preparatının təsir müddətini uzadan xitozan əsaslı biosid polimer daşıyıcıların alınması və tədqiqi”  mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər AR Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev; Bakı Dövlət Universiteti Yüksək molekullu birləşmələr kimyası kafedrasının müdiri, k.e.d. professor Rasim Alosmanov; Akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının aparıcı elmi işçisi Aygül Əbilova iş haqqında geniş məlumat verdilər. İddiaçı Samirə Səfərəliyevanın elmi rəhbəri k.e.d. dosent Nizami Zeynalov iddiaçı haqqında çıxış etdi. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının iclasının sədri AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Məhəmməd Babanlı tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər