Yan 17, 2025 | 12:04 /
16.01.2025-ci il tarixində AR ETN-i akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 19-u iştirak etmişdir. İclasda
ADNSU-nun “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının doktorantı Fariz Ramiq oğlu Əliyevin 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Tetradimitəbənzər laylı quruluşlu təbii mineralların sintetik analoqları əsasında yeni topoloji izolyator materiallarının alınması və tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AR ETN akad. M.Nağıyev adına KQÜKİ-nin laboratoriya müdiri, k.e.d., prof. İxtiyar Bəxtiyarlı; Bakı Dövlət Universitetinin professoru, k.e.d. Fuad Sadıqov; ADNSU-nun “Nanomateriallar və nanotexnologiyalar” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, k.ü.f.d., dos. Vaqif Vəliyev iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.









