Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Dissertasiya Şurasının iclası keçirilmişdir
Yan 23, 2025 | 16:00 /
Oxunub 1389 dəfə

23.01.2025-ci il tarixində AR  ETN  akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya Şurasının iclası keçirilmişdir. İclasda müdafiə şurasının 21 üzvündən 17-i  iştirak etmişdir. İclasda AMEA Naxçıvan Bölməsinin dissertantı Sevda Həsən qızı Əliyevanın 2303.01 – "Qeyri-üzvi kimya" ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Su və üzvi mühitdə sürmə (V) sulfidin Ag1+, Cu1+, Tl1+, Cu2+ və Sb3+ ionları ilə qarşılıqlı təsirindən tiostibiatların alınması və fiziki-kimyəvi xassələrinin tədqiqi” mövzusunda dissertasiya işinin təqdimatı keçirilmişdir. İddiaçı dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdi. Sonra dissertasiya işinə təyin edilmiş opponentlər: AR  ETN akad. M.Nağıyev adına KQKİ-nin professoru,  k.e.d. Özbək Əliyev; Bakı Dövlət Universitetinin professoru, k.e.d. Fuad Sadıqov və Naxçıvan Dövlət Universitetinin “Kimya” kafedrasının professoru, k.e.d. Yasin Babayev iş haqqında geniş məlumat verdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticə ED 1.15 Dissertasiya Şurasının sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər