Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda attestasiya keçirilmişdir
Yan 31, 2025 | 14:14 / Konfranslar, iclaslar
Yan 31, 2025 | 14:14 / Konfranslar, iclaslar
Oxunub
1255 dəfə
İnstitutun baş direktoru akademik Dilqəm Tağıyevin 08 yanvar 2025-ci il tarixli 9 №-li əmrinə əsasən İnstitutun elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası 28,30,31 yanvar 2025-ci il tarixlərində keçirildi.
5 ixtisas üzrə 49 nəfərdən (elmlər doktoru hazırlığı üzrə -19,fəlsəfə doktoru hazırlığı üzrə - 23 ) 42 nəfər attestasiya olunmuşdur.
İnstitutun doktorant və dissertantlarının fərdi iş planlarını yoxlayıb, onların çıxışlarını, verilən suallara cavablarını dinləyib, dərc olunmuş elmi əsərləri haqqında məlumat alıb, elmi rəhbər və məsləhətçilərin fikrini öyrəndikdən sonra Attestasiya komissiyası aparılan elmi-tədqiqat işlərini qənaətbəxş hesab edib.