
Fev 03, 2025 | 12:59 / Nəşrlər
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının ( İsmayılov Rayyət Hüseyn oglu, İsmayılova Səbinə Zahid qızı, Tağıyev Dilqəm Bəbir oglu, Məcidov Əjdər Əkbər oğlu, Cəfərov Yasin İsa oğlu, Wen-Zhen Wang, Chen-Yu Yeh, Su-Ying Chien, Gene-Hsiang Lee, Shie-Ming Peng) “Pirazin modullaşdırılmış pentapiridiltetraamin liqandı ilə xətti doqquznüvəli xrom(II) kompleksi: Sintezi, quruluşu və xassələri” (Linear nonanuclear chromium(II) complex with pyrazine-modulated pentapyridyltetraamine ligand: Synthesis, structure and properties) adlı məqaləsi Scopus və Web of Science bazasında indeksləşən “Journal of Molecular Structure“ da nəşr olunmuşdur.
Məqalədə göstərilir ki, yeni iki pirazin modullaşdırılmış oliqo- α-piridilamin liqandı N2,N2′ - (piridin-2,6-diil)bis(N6-(pirazin-2-il) piridin-2,6-diamin)( H4N9-2pz) (1) ilə xətti nonaxrom(II) metal strinq kompleksi [Cr9(µ9-N9-2pz)4Cl2] (2) sintez edilmiş və quruluşu öyrənilmişdir. Bu kompleksin uzunluğu 2,3 nm olan molekulu dörd dördqat Cr-Cr rabitəsindən və metal zəncirin axırında yerləşən paramaqnit, izolə olunmuş Cr atomundan təşkil olunmuşdur. Bu birləşmə nanonaqillər kimi mühüm potensial tətbiq imkanına malikdir. Bu günə qədər kimyada bu tipli ancaq 3 birləşmə mövcuddur və bu yeni sintez olunmuş Cr9-strinqi, 2007-ci ildə sintez olunmuş əvvəlki iki analoqundan daha yüksək stabilliyi ilə fərqlənir.
Linear nonanuclear chromium(II) complex with pyrazine-modulated pentapyridyltet-raamine ligand: Synthesis, structure and properties
Rayyat Huseyn Ismayilov,* Sabina Zahid Ismayilova, Dilgam Babir Tagiyev, Ajdar Akber Medjidov, Yasin Isa Jafarov, Wen-Zhen Wang, Chen-Yu Yeh, Su-Ying Chien, Gene-Hsiang Lee, Shie-Ming Peng
https://www.sciencedirect.com/science/article/pii/S0022286025002819
Volume 1331, 5 June 2025, 141592
DOİ: https://doi.org/10.1016/j.molstruc.2025.141592
“Journal of Molecular Structure“ jurnalının Scopus bazasında İF- 7,9 (Q2), Web of Science bazasında İF -4