Xəbərlər
İnstitutun əməkdaşlarının məqaləsi Scopus ( İF-0.5, Q4) bazasında indeksləşən jurnalda dərc olunmuşdur .
Fev 04, 2025 | 10:53 / Nəşrlər
Oxunub 990 dəfə

AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Qəhrəmanova Şahnaz İsmayıl,Tağıyev Dilqəm Bəbir ,Munşiyeva Mina Kərim, Əsgərova Təranə Yaşar,  Şərifova Səidə Kamil, Abdullayeva Fəridə Əli, İmanova Nailə Əşrəf, Cəlaləddinov Fidail Fətullah, Əzizov İbrahim Vahab, Qəhrəmanov Taleh Orduxan) “Biogen metal duzlarının (MnCl2, ZnSO4) amin turşular ilə komplekslərinin antifungal aktivliyi”

(ANTIFUNGAL ACTIVITY OF BIOGENIC METAL SALT COMPLEXES (MnCL2, ZnSO4) WITH AMINO ACIDS) adlı məqaləsi Scopus bazasına daxil olan “South eastern european journal of public health” də nəşr olunmuşdur.  

Məqalədə biogen metal duzlarının (MnCl₂ və ZnSO₄) amin turşular (L-triptofan) ilə əmələ gətirdiyi komplekslər göbələk əleyhinə aktivlik göstərərək, göbələyin böyüməsinə maneə törətməklə, sabitliyinə və bioaktivliyinə təsir göstərə bilir. Metal kompleksləri digər antifungal agentlərlə sinergik təsir göstərərək onların effektivliyini artırır. Bu bir-birini tamamlayan təsir mexanizmlərindən yarana bilir, məsələn, göbələk hüceyrələrinin bütövlüyünü pozaraq eyni zamanda əsas enzimatik funksiyaları inhibə edir. Nəticələr göstərir ki, sink və manqan kompleksləri sınaqdan keçirilmiş standartla müqayisədə yüksək antibakterial fəaliyyət nümayiş etdirir, triptofan (Trp) ilə kompleks isə daha qaneedici antifungal xüsusiyyətlər nümayiş etdirmişdir. Bu, komplekslərin perspektivli  antibakterial  təsirlərinə görə dermatoloji məhsullarda potensial olaraq yeni aktiv maddələr kimi xidmət edə biləcəyini göstərir.

ANTIFUNGAL ACTIVITY OF BIOGENIC METAL SALT COMPLEXES (MnCL2, ZnSO4) WITH AMINO ACIDS

Gahramanova Shahnaz Ismayıl, Tagiyev Dilgam Babir, Munshiyeva Mina Karim, Asgarova Tarana Yashar, Sharifova Saida Kamil, Abdullayeva Farida Ali,Imanova NailaAshraf, Jalaladdinov Fidail Fatullah,Azizov IbrahimVahab,Gahramanov Taleh Ordukhan

South eastern european journal of public health (SEEJPH Volume XXVI, S1, 2025, ISSN: 2197-5248; Posted :05-01-2025

DOI: https://doi.org/10.70135/seejph.vi.3730

 

http://www.seejph.com/index.php/seejph/article/view/3730

 

JURNALLAR
Faydalı linklər