Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olmuşlar
Fev 06, 2025 | 13:17 /
Oxunub 2491 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – k.e.d. prof. Etibar İsmayılov, doktorantlar - k.ü.f.d. dos. Aygün Rüstəmova, k.ü.f.d Sevinc Osmanova və İnstitutun doktorantı k.ü.f.d. Sevil Xəlilova 28 yanvar-3 fevral 2025-ci il tarixində İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olmuş və bu müddət ərzində orada Frascati Milli Nüvə Fizikası İnstitutunun professoru Stefano Bellucci ilə birgə əməkdaşlıq çərçivəsində müzakirələr aparmışlar.

Görüş çərçivəsində aşağıdakı məsələlər müzakirə olunmuşdur:

Birgə əməkdaşlıq çərçivəsində kataliz və qeyri-üzvi kimya sahəsində birgə tədqiqatların aparılması perspektivləri; Müasir eksperimental və nəzəri metodlardan istifadə edərək müştərək layihələrin həyata keçirilməsi; əməkdaşlıq nəticəsində elmi məqalələrin hazırlanması, konfrans və seminar iştirakları, həmçinin mümkün patentlər üzərində iş aparılması.

Göstərilən istiqamətlər bağlanmış müqavilədə öz əksini tapmış və  hər iki tərəf bu müqaviləni  imzalamışdır.

Bu görüş və müzakirələrin nəticəsi olaraq, hər iki tətəf (RAİT88 və KQKİ) arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə uzunmüddətli elmi layihələrin həyata keçirilməsi barədə ilkin razılıq əldə olunmuşdur.

JURNALLAR
Faydalı linklər