Xəbərlər
Tullantılardan tikinti materialı alınır. Təkmilləşdirilmiş gips təbii gipsi əvəz edəcək
Fev 14, 2025 | 14:23 / Konfranslar, iclaslar
Oxunub 1571 dəfə

Beynəlxalq tədqiqatçılar qrupu əhəng və sulfat mənşəli tullantılardan  yüksək keyfiyyətli tikinti materialı emal etmək  üçün innovativ  ekoloji  bir sistem təqdim etdilər. Bu material  suya qrşı yüksək davamlı olan və tez bir zamanda sərtləşən sementdir. Yeni metod  əlçatanlığı, ənənəvi yanaşmalarla müqayisədə xərclərin az  olması və yüksək enerji səmərəliliyi ilə fərqlənir Belə ki , bu metodla realizasiya üçün  40 0 C tətləb olunduğu halda , əvvəlki metodla sement almaq üçün 700 - 9000 C tələb olunurdu.

Hər hansı orta enerji müəssisədə  hər  ildə  bir tona qədər tullantı olur.  Onların su mənbələrində atılması üçün dəmir və alüminium əsaslı reaktivlər, həmçinin çöküntü əmələ gəlməsinə səbəb olan əhəng  istifadə olunurdu.

Belarus Dövlət Texnologiya Universitetinin  və  (Çin) Cənub-Qərb elm və Texnologiya Universitetinin alimləri əhəng tullantılarından  yüksək möhkəmlik xassələri  olan sementin( (CaSO4) — anhidrid)   emal üsulunu işləyib hazırladılar. Bu həm təbiətdə əmələ gələn  həm də sintez edilən kalsium sulfatın susuz  formasıdır.

Sərbəst əldə edilən sement plastikliyə malik deyil. Onun sıxılma xassələrini  yaxşılaşdırmaq üçün tədqiqatçılar portland sementi, kalium sulfat və kalsium hidroksid əlavələrini daxil etdilər.

Gələcəkdə  alimlər prosesin səmərəliliyini artırmağı,  xərcləri azaltmağı və texnologiyanı müxtəlif növ tullantıların təkrar emalı üçün uyğunlaşdırmağı planlaşdırırlar ki, bu da ondan  bütün dünyada müəssisələrdə tətbiq etməyə şərait yaradacaqdır.

Tədqiqatın nəticələri  Engineering Reports (Q2) jurnalında dərc edilmişdir.

https://poisknews.ru/materialovedenie/stroitelnyj-material-iz-othodov-usovershenstvovannyj-gips-zamenit-prirodnyj/

JURNALLAR
Faydalı linklər